Paşinyanın BÖYÜK SƏHVİ: Bakı hərəkətə keçir – Ermənilər TƏŞVİŞDƏ

Baxış sayı:
17863

“Azərbaycan Paşinyanın Qarabağdakı fikirlərindən Ermənistana qarşı istifadə edəcək”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Qrant Məlik Şahnazaryan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Paşinyanın fikirlərini Ermənistanın danışıqlar prosesini bitirmək kimi təqdim edəcək və bununla İrəvanı ittiham edəcəyindən şübhə etmirəm.
“Azərbaycan beynəlxalq platformalarda, xüsusilə Minsk qrupunda bu bəyanatlardan istifadə edəcək. Burada ola biləcək təzyiqlər yox, bu bəyanatların məsuliyyətsizliyi narahatlıq doğurur. Paşinyanın indiki bəyanatları onun Dağlıq Qarabağın danışıqlarda tərəf olması tezisinə ziddir. O, əvvəlcə belə bir tezis irəli sürür, daha sonra heç bir izahat vermədən tam əksini səsləndirir”, - erməni ekspert deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və Xankəndidə mitinq keçirib. Paşinyan mitinqdə bəyan edib ki, “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”.