Paşinyanın ailəsi Moskvada qalmaqalla üzləşərək təhqir edildi

Baxış sayı:
539

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər.

Bu barədə “Mediaport” teleqram kanalı bildirib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar və Anna Akopyanı, qızları Şuşan və Marianı təhqiredici "satqınlar" ifadəsi ilə qarşılayıblar.

Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri vasitəsilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş etdiyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təxliyə elan ediblər və zala girişi bağlayıblar.

Paşinyanın arvadı və qızları ehtiyat çıxış qapısı vasitəsilə avtomobillərə qədər müşayiət edilib. Erməni icmasının üzvləri onları "satqınlar, əclaflar" şüarları ilə yola salıblar.

Daha əvvəl teleqram kanal bildirib ki, Paşinyanın arvadı və qızları 10 silahlı mühafizəçinin müşayiəti ilə Rusiya vətəndaşlığını almaq üçün Moskvaya gedib.

“Mediaport” qeyd edib ki, Anna Akopyan və qızları Moskvada ermənilərdən birinə məxsus oteldə qalırlar./report