Paşinyanın adından Trampa təbrik yazan şəxs tutuldu

Baxış sayı:
3838

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə “facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb.

Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib. Xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində “Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib".

Saytda saxlanılan şəxsin ifadələrinin yer aldığı videoçarx da yerləşdirilib. Həmin şəxs bildirib ki, "Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün saxta məlumatlar yayıb. Çünki müxalif baxışlara malikdir və Robert Koçaryanın həbsini qanunsuz hesab edir". Xəbərdə qeyd olunur ki, fakt üzrə cinayət işi qaldırılıb. Ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittihamın irəli sürüldüyü açıqlanmır.