​Paşinyanın adındakı hərflərin SİRRİ və ABŞ-ın Qarabağ üzərindən ŞOK PLANI: O, niyə hakimiyyətə gətirildi?

Baxış sayı:
523

Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gətirilməsi təsadüfi deyil.
Muxalifət.az xəbər verir ki, bu barədə yazan “kavkazplus” saytı Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı maraqlı versiya irəli sürüb.
Paşinyanın adındakı ilk 4 hərfə diqqət çəkən sayt yazır ki, “Paşa” Osmanlıda əyalətləri idarə edən “sərdarlara” deyilirdi.
“Qərbdə simvolikanı çox sevirlər və hesab etmək olar ki, Paşinyan Ermənistanın “Paşa”sıdır, yəni “Ermənistanın sərdarı”. ABŞ NATO-da Türkiyə ilə müttəfiq olsa da, Ankaranın müstəqil siyasətini qəbul etmir və daha çox vassal olmasını arzulayır. Hesab etmək olar ki, Amerika tərəfindən Ermənistanda hakimiyyətə gətirilən “paşa” Türkiyə ilə yeni münasibətlər quracaq. ABŞ da Ermənistanın Türkiyə vasitəsilə tranzit açmasını istəyir. Lakin Paşinyan Azərbaycan torpaqlarının işğalı faktını kənara qoyaraq, Ankara ilə münasibətlər qurmaq niyyətindədir. Bu, mümkün deyil. Onun mayın 30-31-də Tbilisiyə səfər planı da əslində Türkiyəyə qarşı yeni presedent yaratmaq gedişidir”, - deyə sayt qeyd edir.
Sayt yazır ki, Paşinyan Gürcüstandan iqtisadi dəstək də almağı planlaşdırır: “O, Tbilisidən Rusiyaya Abxaziya üzərindən tranzit açılmasına icazə istəyəcək. Buna nail olaraq, Paşinyan Azərbaycan və Türkiyə ilə danışıqlarda “arqument” qazanacaq və deyəcək: “Budur, gürcülər onların ərazisini işğal edən Rusiya ilə Abxaziya üzərindən tranzit açmağımıza icazə verdilər. Burada heç bir qorxulu şey yoxdur. Qarabağ problemi də tranzit üçün heç bir maneə yarada bilməz. Gəlin unudaq və təmiz səhifədə iqtisadi münasibətlər quraq”. Məlumdur ki, belə kapitulyasiya ilə Türkiyə və Azərbaycan razılaşmayacaq. Bəs, Gürcüstan hökumətində anlayırlarmı ki, onlar meydana yenicə çıxmış erməni “Paşası” və onun Vaşinqtondakı “sahiblərinə” təslim olmaqla milli maraqları tapdalayırlar? Əsas sual budur”.