Paşinyanı bu masaya buraxmırlar: Nazarbayev və Lukaşenko... – ŞOK İDDİA

Baxış sayı:
619

Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanda baş nazir əvəzi Nilok Paşinyana etibar etmirlər, onun olduğu yerdə heç vaxt əhəmiyyətli mövzular haqqında danışmırlar.
Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, bu haqda Ermənistanın “İrates” nəşri yazıb.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının iclaslarında real xarakterə malik olan müzakirələr olmur. Bir halda ki, burada videokameralar iştirak edir və yad gözlər olur. Əsl söhbətlər və müzakirələr üzv dövlətlərin başçılarının şərəfinə verilən şam yeməkləri zamanı, masanın ətrafında, birgə və ya üz-üzə olur. Belə masalara, xüsusilə Nikolu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının ali rəhbərliyi dəvət etmirlər”, - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yaxın mənbə bildirib.
Mənbə qeyd edib ki, həqiqətdə, sadəcə Paşinyana etibar etmir, Nazarbayev və Lukaşenko heç vaxt onun yanında əhəmiyyətli mövzularda danışmırlar.
“Rusiyada unutmurlar ki, 20 il boyunca o daim Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına qarşı çıxırdı”, – Moskvanın da Paşinyana güvənmədiyinə işarə edib.