Paşinyandan “Türkiyə” və “Qarabağ” mesajı

Baxış sayı:
7207

Ermənistandakı erkən parlament seçkisinin qalibi müvəqqəti baş nazir Nikol Paşinyan, “Türkiyə ilə ön şərt olmadan birbaşa əlaqə qurmağa hazırıq. Ümid edirəm ki, Türkiyə də buna hazırdır” deyib.
 
Paşinyan, bir qrup xarici jurnalist ilə bir araya gələrək sualları cavablandırıb. Paşinyan Anadolu Agentliyinin verdiyi suala, Türkiyə ilə münasibətləri normallaşdırmaq məsələsində yeni bir addım atmayacağına yönəlik fikir bildirib.
“Türkiyə ilə münasibətlərimiz Dağlıq Qarabağ problemilə əlaqəlidir" deyən Paşinyan, Ermənistan ilə Azərbaycan arasındakı əlaqənin əsas götürülməsinin Türkiyə ilə Ermənistan arasındakı münasibətə də təsir göstərdiyini bildirib. Paşinyan, "Daha əvvəl də dəfələrlə demişəm. Türkiyə ilə ön şərt olmadan birbaşa əlaqə qurmağa hazırıq. Ümid edirəm ki, Türkiyə də buna hazırdır" deyə söyləyib.
 
DAĞLIQ QARABAĞ PROBLEMİNİ HƏLL ETMƏYƏ ÜMİD EDİRİK
 
Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ məsələsinə də toxunan Paşinyan, bunun beynəlxalq gündəmdə olduğunu və prioritetləri arasında yer aldığını söyləyib. Paşinyan, "Bu problemi həll etməyi ümid edirik. Dinc həll yolunu güclü şəkildə müdafiə edirik" deyə bildirib.
 
İŞİ YENƏ YOXUŞA SÜRDÜ!
 
Paşinyan, Dağlıq Qarabağ münaqişəsinin orada yaşayanların özünü idarə etmə hüququ tanınmadan mümkün olmayacağını qeyd edib.
 
NATO-ya ÜZV OLMAYACAĞIQ
 
Liderlik etdiyi ittifaqla seçkidə səslərin 70,4 faizini qazanan Paşinyan, necə bir xarici siyasət yürüdəcəyini danışarkən, Rusiya ilə ənənəvi olaraq yaxşı əlaqələr içində olduqlarını, eyni zamanda, Avropa İttifaqı ilə tərəfdaş olduqlarını və Avropa Şurasının üzvü olduğunu xatırladıb.
“Heç bir təsir altında deyilik" ifadəsini işlədən Paşinyan, NATO ilə əlaqələrin davam etdiyini qeyd edərək, "Ancaq NATO-ya üzv olmaq kimi bir niyyətimiz yoxdur” deyib.
Nikol Paşinyan, "Bütün tərəfdaşlarımızla əlaqələrimizi davam etdirmək istəyirik. Amma bir istiqamətdə irəliləmək üçün digər istiqamətdəki münasibətimizi fəda etmək kimi bir fikrimiz yoxdur. Təbii olaraq bütün beynəlxalq tərəfdaşlarımızla əlaqələri inkişaf etdirəcəyik" deyə söyləyib.
Müxalifət.az