Paşinyandan SƏRT GEDİŞ: Qarabağda "at oynadan" Balasanyan İŞDƏN QOVULDU

Baxış sayı:
373

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan vəzifəsindən azad edilib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, separatçı rejimin rəhbəri Bako Saakyan Balasanyanın vəzifədən azad edilməsi ilə bağlı “fərman” verib.
Qeyd edək ki, Nikol Paşinyan separatçılara maliyyə dəstəyinin davam etdirilməsi üçün əsas şərt kimi Balasanyanın vəzifədən azad edilməsini irəli sürmüşdü. Ermənistan mediası yazır ki, Paşinyan Balasanyanı Qarabağda müharibəni körükləməkdə ittiham edir.