​Paşinyandan ŞOK ETİRAF: Azərbaycan Ordusu qısa müddətdə...

Baxış sayı:
6541

“Ermənistan ordusunun vəziyyəti ilə bağlı ötən ilin sonlarında baş nazir səlahiyyətlərinin icraçısı olan Nikol Paşinyan cəbhə bölgəsində əsgərlərlə görüşü zamanı məlumat vermişdi. O, əsgərlərin şəraitindən dəhşətə gəldiyini etiraf etmişdi. Qəti narazılıq etmişdi ki, erməni əsgərləri çox pis qidalanır, maddi vəziyyəti yaxşı deyil, zabitlərin məvacibləri aşağıdır. Hətta bu məsələni yoluna qoymaq üçün söz də vermişdi. Aydındır ki, o, siyasi gedişatlarını nəzərdə tuturdu. İndi Paşinyan bu ayın 7-də parlamentdə vəzifəsinin təsdiq olunmasını gözləyir”. Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib. Ermənistan ordusunun hazırkı vəziyyəti ilə bağlı danışan ekspert bildirib ki, ordu yalnız Rusiyanın verdiyi datasiyalar hesabına və okeanın o biri tərəfindən erməni lobbisinin göndərdiyi yardım sayəsində ayaqdadır: “Lakin bundan fərqli olaraq, biz həmişə demişik, Azərbaycan ordusunun imkanları genişdir. Azərbaycanın müdafiə və təhlükəsizliyinə ayrılan pullar Ermənistanın dövlət büdcəsindən çoxdur. Baxmayaraq ki, Ermənistan boş-boşuna çıxışlar edib vədlər verir. Lakin bu gün reallıqdan danışmaq lazımdır. Stokholm Araşdırmalar İnsitutunun son hesabatında da göstərilmişdi ki, MDB ölkələri arasında Ermənistanın mövqeyi ən aşağılardadır. Buna görə də bizim qüvvələrimizi müqayisə etməyin özü də düzgün deyil. Ona görə ki, Azərbaycan öz hesabına İsrail, Belarus, Rusiya, Türkiyə, Çin, Pakistan kimi güclü ölkələrdən ən müasir silah-sursat alır. Lakin ermənilərin arsenalında nə var? Onlar iki il öncə öz paradlarında guya “İsgəndər M” raketlərini nümayiş etdirdilər. Lakin faktiki olaraq, o raket “İsgəndər M” deyildi. Radiusu tamamilə başqa olan operativ-taktiki raket idi. O da Rusiyanın bazasından müvəqqəti olaraq götürülmüşdü. Azərbaycan isə ötən il Türkiyədən əldə etdiyi “Qasırğa” raket kompleksini alıb Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun arsenalına verdi. Bu raket bir neçə saniyənin içində Ermənistanın mərkəzini darmadağın etmək qüvvəsinə malikdir, hələ yaxın əraziləri demirəm. Bu şəraitdə Ermənistan ordusunun hansı gücündən söhbət gedə bilər? Ermənistanın ordusu ölkənin mərkəzi şəhərlərindən aparılıb Qarabağın dağlıq bölgəsində döyüşə məcbur edilən əsgərlərdən ibarətdir. Buna görə də onların döyüş göstəriciləri aşağıdır. Dağlıq ərazilərdə xidmət edə bilmirlər. Ağır iqtisadi-maddi şərait nəticəsində xəstəliklər artdıqca bir tərəfdən də öz qüvvələrini xəstəlik ucbatından itirirlər. Belə ordunun hansı sağlam döyüş ruhundan danışmaq olar? Buna görə də Azərbaycan ordusu qısa müddətdə qarşıya qoyulmuş tapşırığı yerinə yetirməyə qadirdir. Sadəcə olaraq dünyada söz sahibi olan ABŞ, Rusiya, Fransa, ATƏT-in Minsk qrupunun üzvləri kimi ölkələr var ki, onlar Ermənistana havadarlıq edir. Çünki Cənubi Qafqazda bir münaqişə ocağının olması onlar üçün qazanc mənbəyidir. Bu yaxınlarda beynəlxalq tədbirlərdən birində belə bir ölkənin diplomatı ilə görüşdük. Yanımda da Azərbaycanın tanınmış ictimai-siyasi xadimi var idi. O, şəxsən mənə söylədi ki, nə yaxşı Dağlıq Qarabağ münaqişəsi var. Heç olmasa bu münaqişə ilə bağlı müəyyən işlər görə bilirik. Mən ona sual verdim ki, 20 ildə ölkənizin əldə etdiyi hansı uğurun adını çəkə bilərsiniz. Təbii olaraq güldü və cavabsız qaldı. Bax belə qüvvələrə görə Ermənistan Dağlıq Qarabağda işğalçılıq siyasətini davam etdirir. Amma bu da sonsuza qədər davam etməyəcək. Düşünürəm ki, bu gün ABŞ Senatında təsdiqlənib Azərbaycana göndərilən səfir, o cümlədən, Rusiya və Fransa vəziyyətin ciddiliyini dərk edib yeni addımlar atacaqlar”.