Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Erməni iddialarını alt-üst edən ŞOK ETİRAF

Baxış sayı:
5113

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, təmas xəttindəki erməni əsgərlərlə görüşüb.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, erməni əsgərlərlə şelfi çəkdirən Paşinyan bu fotonu Feysbuk səhifəsində “Bizim adımız Ermənistan ordusudur” sözləri ilə paylaşıb.
Bununla da Paşinyan Ermənistanın illərdir irəli sürdüyü “Qarabağda özünü müdafiə ordusu döyüşür” iddialarını alt-üst edib və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edib.
Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, seçki öncəsi Paşinyanın məşhurluğu pik həddinə çatıb və böyük ehtimala o, dağıdıcı qələbəni qazanacaq: “Lakin Ermənistanda əhalinin emiosiyalarında sınmalar başlanıb. Suallar verilir ki, Paşinyan niyə indiyə qədər iqtisadi islahatlar həyata keçirmir. Əslində bu sualların ortaya çıxmasından sonra Paşinyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarını sürətlə qəbul etdi. Onun Qarabağa gedərək, populist çıxışlar etməsi də buna hesablanıb”.