Paşinyandan Nazarbayevə GÖZLƏNİLMƏZ ZƏNG - Görüş istədi və...

Baxış sayı:
2047

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Qazaxıstanın inkişafında və irəliləməsində, eləcə də  Avrasiya regionunda inteqrasiya proseslərinin formalaşmasında Nazarbayevin ölçüyəgəlməz töhfəsini qeyd edib. O, iki ölkə arasındakı mövcud dostluq əlaqələrini və prezident Nazarbayevlə şəxsi əlaqələri yüksək qiymətləndirib.

O, Nazarbayevə gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Avrasiya İqtisadi Birliyinin mayın 29-da Astanada keçiriləcək yubiley sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.