​Paşinyandan müttəfiqinə AĞIR ZƏRBƏ: “Hökumətdə sizə yer yoxdur”

Baxış sayı:
6106

Parlamentdəki “Çarukyan” fraksiyası və Çiçəklənən Ermənistan Partiyası keçid hökumətində yer almayacaq.
Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Mənbələr baş nazir seçilmək şansı yüksək olan deputat Nikol Paşinyanın Qagik Çarukyanın başçılıq etdiyi fraksiyaya güvənmədiyini bildirirlər.
“Nikol Paşinyan baş nazir seçilsə, “Çarukyan” fraksiyasına keçid hökumətində yer verilməyəcək. Qagik Çarukyanın fraksiyası anti-hakimiyyət mitinqlərini və Paşinyanın namizədliyini dəstəkləsə də, onlara keçid hökumətində yer almaq imkanı verilməyəcək. Beləliklə, Paşinyanın etimad etmədiyi “Çarukyan” fraksiyası müxalifətdə qalacaq”, - deyə erməni mənbələr yazırlar.
Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyanla görüşən Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan seçkilərə birgə getmək barədə anlaşm əldə etmişdi.
Zəngin iş adamı olan Çarukyan Paşinyanın ən ciddi müttəfiqi sayılırdı./Teleqraf/