Paşinyandan Makrona “salam”

Baxış sayı:
5785

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Makronun 1915 hadisələrinin ildönümü kimi qəbul edilən 24 apreli qalmaqal bir şəkildə “erməni soyqırımını anma günü” elan etməsini məmnuniyyətlə qarşıladıqlarını ifadə edib.
 
Nikol Paşinyan Emmanuel Makronun 24 Apreli "erməni soyqırımını anma günü" elan etməsinə qarşılıq Twitter hesabından, "Emmanuel Makronun açıqlamasını salamlayıram. Bu, insan hüquqlarının qorunması və kütləvi qırğınların önünün kəsilməsinə qarşı çox güclü bir həmrəylik, iradə aktıdır" deyib.
Müxalifət.az