​Paşinyandan Lukaşenkoya mesaj: “Biz elə bir iş görmüşük ki...”

Baxış sayı:
1822

"Belarusun Ermənistandan görməyə alışdığı münasibətlər bir də olmayacaq". 
Muxalifet.az azvision.az-a istinaden xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Qavar şəhər icmasının rəhbərliyi ilə görüşündə İrəvanın Minsklə münasibətlərini şərh edərkən deyib.
“Elə təəssürat yaranır ki, bir çoxları öz hərəkətsizlikləri üzündən Ermənistana kiçik ölkə, kiçik xalq kimi yanaşmağa cəhd edirlər və ya edəcəklər. Amma mən açıq şəkildə deyirəm: bu, işə yaramayacaq. Biz azsaylı xalq ola bilərik, amma biz böyük xalqıq... Bu ilin aprel-mayında biz elə bir iş görmüşük ki (“məxməri inqilab”), bəşəriyyət tarixində bunun presedenti yoxdur. Bundan sonra Ermənistanla hesablaşacaqlar. Əmin olun ki, bu münasibətlərimizdə (Belarusla) xalqımız və hökumətimiz respublikamızın maraqlarını müdafiə etmək iqtidarındadır və hər kəs bununla hesablaşmalıdır”, – Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya mesaj ünvanlayıb.