​Paşinyandan bütün Ermənistanı SARSIDAN ETİRAF: Politoloq DƏHŞƏTLİ FAKTLARI AÇDI

Baxış sayı:
6502

“Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan özü etiraf etmişdi ki, Qarabağda xidmət edən oğlu evə məktub ünvanlayaraq ona yemək göndərilməsini deyib. Bax, həmin ordudur: ölkənin baş naziri etiraf edir ki, kifayət qədər yaxşı yeməklə təmin olunmur”. Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayının artmasına diqqət çəkib: “Ermənistan ordusunun çatışmazlıqları ilə bağlı mediada bir çox məlumat var. Bir əsgərin xidməti postunu tərk edərək qaçması da bunlardan biridir. İnformasiyaların əksəriyyəti real faktlara əsaslanır. Lakin buna baxmayaraq, Ermənistan ordusu işğalçılıq siyasətindən əl çəkmir. Ona bu işdə kömək edən isə çox təəssüf ki, Rusiyadır. Hətta Rusiya ekspertləri açıq şəkildə bildirirlər ki, bu ölkə olmasa, Azərbaycan çoxdan Dağlıq Qarabağı və onun ətraf rayonlarını azad etmişdi. Bu ordunun vəziyyəti, əslində, məxsus olduğu ölkənin nə dərəcədə müstəqil siyasətə malik olmasından xəbər verir. Ona-buna arxalanaraq bizim ərazilərimiz işğal altında saxlamaq niyyətində israrlı olan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini də bu prosesə cəlb etmək istəyirlər. Bu cəhdlər hələ də davam edir. Aprel döyüşləri zamanı onlar açıq şəkildə deyirdilər ki, Azərbaycan bizə hücum edir, siz isə sakit şəkildə izləyirsiniz. Bu da onu göstərir ki, Ermənistan lazımi cavab verməkdə acizdir. O ki qaldı, ordunun vəziyyətinə. Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan özü etiraf etmişdi ki, Qarabağda xidmət edən oğlu evə məktub ünvanlayaraq ona yemək göndərilməsini deyib. Bax, həmin ordudur: ölkənin baş naziri etiraf edir ki, kifayət qədər yaxşı yeməklə təmin olunmur. Əsgər anaları isə İrəvanda narahatlıqlarını dilə gətirmək üçün tez-tez biketlər keçirir. Ermənistan ordusunda, adətən, yoxsul təbəqənin övladları xidmət edir. Ona görə də valideynlər acizlik içində qalıblar ki, onlara necə qida göndərsinlər. Hökumət isə bu problemi həll etməkdə acizdir. Çünki hazırda Ermənistanın başında daha böyük bəlalar dolaşır”.