​Paşinyana İrandan şillə kimi cavab: Türkiyə AYAĞA QALXDI - FOTO

Baxış sayı:
16819

Ötən gün Cənubi Azərbaycanın Təbriz şəhərində yerləşən “Səhənd” stadionunda keçirilən matç region ölkələrinin gündəminə oturub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Təbrizin şanlı “Traxtor” komandası ilə Tehran təmsilçisi “Sepahan” arasında keçirilən matçda onminlərlə azərbaycanlı azarkeş Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərinə etiraz olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirərək stadionda coşğu yaşadıblar.

Təbrizli azarkeşlərin bu təşəbbüsü futbol dünyasında maraqla izlənilib. Türkiyə mediası bu hadisəyə geniş yer verib. Qardaş ölkənin KİV-ləri “Paşinyana şillə kimi cavab” başlıqları ilə məqalələr dərc edib.