​Paşinyan yenidən Azərbaycan torpaqlarına gəldi… - ARVADI İLƏ BİRLİKDƏ GƏZDİ VƏ… / VİDEO, FOTOLAR

Baxış sayı:
3904

"Biz də koronavirusa görə kütləvi maska taxırıq, amma saxta qəhrəmanların maskalarını çıxarda bilmirik ki..."

Ermənistanın Baş naziri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini tapdayaraq işğal altındakı ərazilərimizə  gəlib.
Muxalifet.az xəbər verir ki, işğalçı ölkə lideri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin hazırkı başçısı Bako Saakyan  və yeni seçilmiş qondarma “prezident” Araik Arutyunyanın  müşayiəti ilə  işğalçı hərbi hissələrə və  Azərbaycan ordusu ilə təmas xəttindəki  düşmən mövqelərinə  baş çəkib.  Paşinyan eyni zamanda ərazilərimizdə sülənən ermənilərin təsərrüfat işləriylə də tanış olub.
Torpaqlarımızı arın-arxayın gəzən Paşinyanın yanında arvadı Anna Akopyan da olub...
P.S. Biz də kütləvi şəkildə koronavirusa görə maska taxırıq, amma ermənilərin torpaqlarımızda at  oynatmasına şərait yaratmış saxta qəhrəmanların maskalarını çıxarda bilmirik ki, başımıza çarə qılaq.../Moderator.az