Paşinyan Türkiyəni tənqid edən naziri istefaya göndərir...

Baxış sayı:
1504

Ermənistan baş naziri Nikol Paşinyan xarici işlər naziri Ara Ayvazyanın işindən narazıdır. Ona görə də onun istefaya göndərilməsi və ya özünün istefa məktubu yazacağı gözlənilir.

Bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır.

“Görünən odur ki, Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvadakı Türkiyə ilə bağlı açıqlamalarını bəyənməyib. Nazir qayıtdıqdan sonra sərt bir söhbət baş tutub. Baş nazir nazirə xəbərdarlıq edib”, - deyə nəşr yazıb.

Söhbət erməni diplomatın 7 dekabrda Moskvaya səfərindən gedir. Rusiyalı həmkarı Sergey Lavrovla brigə mətbuat konfransında Yerevanla Ankara arasındakı münasibətlərin normallaşması barədə sualı cavablandıran Ayvazyan 1915-ci hadisələrini xatırladıb, Türkiyəni Ermənistana qarşı təcavüzkar siyasətdə ittiham edib və İkinci Qarabağ müharibəsindəki rolunu tənqid edib./virtualaz.org