​“Paşinyan tezliklə tələyə düşəcək” – SARKİSYAN

Baxış sayı:
3715

Nikol Paşinyanın ikinci dəfə baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə Ermənistanın keçmiş baş naziri Serj Sərkisyan izn verib.
Bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.
“Sərkisyan qeyri-stabil situasiyanı nəzərə alaraq tərəfdarlarını Paşinyana səs verməyə çağırıb. Bundan sonra respublikaçılar Sərkisyanın hərəkətinə etiraz ediblər. Respublikaçıların qəzəbini yatırmaq üçün Sərkisyan tezliklə Paşinyanın öz ətrafı ucbatından çətin vəziyyətə düşəcəyini bildirib. Məhz Sərkisyanın bu çıxışından sonra deputatlar Paşinyanın baş nazir seçkisində yenidən iştirakına izn veriblər” – deyə məqalədə iddia edilib(axar.az).