​Paşinyan SÖZ VERDİ: “Hakimiyyətə gəlsəm, sizi...”

Baxış sayı:
9541

Ermənistanda etiraz aksiyalarının lideri, müxalifət deputatı Nikol Paşinyan hakimiyyətə gələcəyi halda, siyasi dustaqları azad edəcəyinə söz verib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Paşinyan bu haqda paytaxt İrəvanın şimal rayonları üzrə yürüşdən sonra keçirilən mitinqdə bildirib.
Daha əvvəl müxalifət 2016-cı ildə İrəvanda patrul-post xidmətinin binasına hücumun iştirakçılarını azad etməyi tələb edib. Həmin hücumda 3 polis öldürülmüş, bina iyulun 17-dən 31-dək silahlıların əlində qalmışdı.
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar aprelin 13-də başlanıb. Müxalifət aprelin 17-də “məxmər inqilab”ının başlandığını elan etdi. Etirazlara baxmayaraq, Ermənistan parlamenti həmin gün Sarkisyanı Nazirlər Kabinetinin başçısı seçib.
Lakin aprelin 23-də Sarkisyan davam edən etiraz aksiyalarının fonunda istefaya gedib.