​Paşinyan Serjin qardaşının səfir rütbəsini əlindən aldı

Baxış sayı:
2377

Ermənistanın keçmiş prezidenti, apreldəki “məxməri inqilab” nəticəsində istefa verməyə məcbur edilən Serj Sarkisyanın qardaşı Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir rütbəsindən məhrum edilib.
Muxalifet.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayaraq Levon Sarkisyanı səfir vəzifəsindən kənarlaşdırıb. 
Qeyd edək ki, Levon Sarkisyan1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ilin 9 martında isə Serj Sarkisyanın birbaşa fərmanı ilə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib. 
Nikol Paşinyan hakimiyyətə gəldikdə sonra isə Ermənistanın Dövlət Gəlirləri Komitəsində Levon Sarkisyan barəsində qeyri-qanuni varlanmaq və əmlak bəyannaməsindən boyun qaçırmaq maddələri üzrə cinayət işi açılıb, Ermənistanı tərk etməməsi barədə göstəriş verilib. Daha sonra isə həbs edilməsi üçün MDB məkanında dövlətlərarası axtarışa verilib. Bu yaxınlarda Levon Sarkisyan digər qardaşı Aleksandrla birgə Livandakı barların birində əylənərkən görüntülənib.