Paşinyan Sarkisyanı devirdi: Ermənistandakı VƏZİYYƏTİ DƏYİŞDİRƏ BİLƏCƏKMİ?

Baxış sayı:
4585

Ermənistandakı etirazçıların lideri müxalif millət vəkili Nikol Paşinyan, 8 mayda hökumətin başına keçməyə hazırlaşır. Xalq onu ümid olaraq görsə də, Paşinyanın verdiyi mesajlar, quruluşun dəyişməyəcəyinə işarə edir.
 
Ermənistanda hökümətin fəaliyyətini iflic edən küçə nümayişlərindən sonra 20 ildir hakimiyyəti əlində saxlayan Respublikaçı Partiya, etirazçı xalqın son həmləsindən sonra geri çəkildi və müxalif lider Nikol Paşinyanın baş nazir olması üçün namizədliyinə yaşıl işıq yandırdı. Keçmiş prezident Serj Sərkisyanın baş nazir kimi hakimiyyətini davam etdirmək səyini baltalayan Paşinyan, 13 apreldə elan etdiyi "Məxmər İnqilab”ın rəngli komandiri olmağı bacardı. Məclisdə 8 mayda keçiriləcək səsvermə ilə reallaşacaq bayraq dəyişikliyi, Paşinyan dövründə İrəvanın sükanı hansı istiqamətə quracağı sualını gündəmə gətirdi.
 
HAKİMİYYƏT QAYĞISI
 
Ölkədə uzun illər "radikal müxalifət” kimi tanınan Paşinyan, “məxməri” ritorikanın əksinə, güman edildiyi kimi, Amerikanın dəstəklədiyi bir siyasi aktyor deyil. Wikileaks sənədlərində də “radikal” kimi səciyyələndirilən müxalif lider, sadəcə rejim içində liderlik dəyişikliyindən başqa bir şey tələb etmir. Paşinyanın son bir həftədə həm siyasi partiyalar, həm də xarici nümayəndəliklərlə apardığı məsləhətləşmələr də, yalnız "Respublikaçı hakimiyyətin” devrilməsini hədəf götürdüyünü ortaya qoyub.
 
MOSKVA MƏMNUNDUR
 
Rusiyanın Ermənistandakı səfiri ilə görüşündə də ölkənin Qafqazdakı mövqeyinin sabit qalacağı zəmanətini verən "məxməri inqilabçı," Etirazlar nə Rusiyaya, nə ABŞ-a, nə Aİ-yə qarşıdır. Burada bir damla belə Rusiya əleyhinə mühit yoxdur" deyərək Rus lider Vladimir Putinin ürəyinə su səpib. Aİ nümayəndələri və ABŞ səfirii Riçard Mills ilə də görüşən Paşinyan, sonra bəyanat verməkdən çəkinərək Kremli qıcıqlandırmamağın əhəmiyyətini dərk etdiyini göstərib. Ancaq korrupsiya ittihamından başqa, siyasi heç bir mövqeyi olmadığını ortaya qoyan müxalif liderin hansı komandayla Ermənistanı idarə edəcəyi də bəlli deyil. Hələlik görünən odur ki, Paşinyan üçün inqilaba biçilmiş parça bəlli olsa da, Dağlıq Qarabağ problemi, iqtisadi çətinliklər və oliqarxlarla mübarizə kimi əsas problemlərin həlli məsələsini necə həll edəcəyi qeyri müəyyən olaraq qalır.
Müxalifət.az