​Paşinyan Saakyanı İrəvana çağırdı

Baxış sayı:
5752

İrəvanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla Qarabağ separatçılarının başçısı Bako Saakyan arasında görüş olub.
Muxalifet.az xəbər verir ki, görüşlə bağlı Ermənistan hökuməti yox, qondarma rejimin “mətbuat xidməti” xəbər yayıb. Bildirilir ki, bir sıra məsələlər, o cümlədən “iki erməni respublikasının təhlükəsizliyi”, həmçinin 2019-cu ilin büdcəsi müzakirə edilib.
Amma şübhə yoxdur ki, B.Saakyanı İrəvana aparan əsas səbəb bu gün Qarabağdakı rejimin rəhbərliyindəki üç şəxsin vəzifəsindən azad edilməsi barədə yayılan xəbərdir. Paşinyan Saakyanla bağlı nə qərar verəcək, bunu bir az sonra görəcəyik.