​Paşinyan Rusiyaya gedir

Baxış sayı:
5083

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Rusiyaya işçi səfər edəcək. Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti hökumətinin mətbuat xidməti məlumat yayıb. 
Qeyd olunur ki, 6 dekabrda baş tutacaq səfər çərçivəsində Paşinyan Avrasiya İqtisadi İttifaqının dövlət və hökumət başçılarının daxil olduğu Avrasiya Ali İqtisadi Şurasının Sankt-Peterburqdakı iclasına qatılacaq. Həmçinin, yerli erməni diasporasının nümayəndələrilə bir sıra görüşlər keçirəcək. 
Rusiyada qalacağı müddətdə Paşinyanın prezident Vladimir Putinlə də "sürpriz" görüş keçirib-keçirməyəcəyi bilinmir.