"Paşinyan qoyduğu ləkə Qarabağdan silinməlidir" - Səməd Seyidov

Baxış sayı:
5836

Ermənistanın Baş naziri Nikol Paşinyan nöqtə qoymaq istədiyi yerdə ləkə qoyub və bu ləkə Qarabağdan silinməlidir.

Bu sözləri millət vəkili Səməd Seyidov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Qarabağ Azərbaycandır və nida” konfransında çıxışı zamanı deyib.

O, Prezident İlham Əliyevin çıxışındakı 3 vacib məqama diqqət çəkib: "Cənab Prezidentin "Valday" Diskussiya Klubunda və Aşqabadda etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixinə milli maraqları qorumaq nöqteyi-nəzərindən qızıl hərflərlə yazılır. Mən də hər bir azərbaycanlı kimi bu gün qürur hissi keçirirəm. Heç kimə sirr deyil ki, bu gün çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühitdə yaşayırıq. Xalqları siyasi xəritədən silmək, onları tamamilə bədbəxt etmək, onlara problemlər yaratmaq niyyətində olan qüvvələr çox güclüdür və heç də hər xalq bu qüvvələrə qarşı mübariz olmaq, sinə gərmək iqtidarında olmur. Biz də bu cür mübarizənin içindəyik, yalana, böhtana, işğlaçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizədə psixoloji üstünlüyü əldə ermək məsələsini cənab Prezident məhz "Valday" forumunda və Aşqabadda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Cənab Prezidentin çıxışında 3 əsas məqama toxunmaq istəyirəm. Birinci məqam cənab Prezidentin şəxsiyyəti haqqındadır. Hesab edirəm ki, Azərbaycan milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri məhz İlham Əliyevin şəxsiyyəti və onun şəxsi keyfiyyətləridir. Həm “Valday” klubunda, həm də Aşqabadda cəsarət, yenilməz iradə, yüksək səviyyəli mədəniyyət, bilik, gözə çarpan müasirlik, başqalarını sözlə susdurmaq qabiliyyəti kimi xüsusiyyətlər Prezidentə Azərbaycan xalqının ən ağrılı problemlərini ən yüksək səviyyədə çatırmaq imkanı qazandırdı. İkincisi, bütün ekspertlər cənab Prezidentin çıxışını təhlil edərək vacib bir məqama toxundular: Prezident ümumbəşəri dəyərləri Azərbaycan siyasəti ilə uyğunlaşdırdı. Üçüncü məsələ Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa və darmadağın etmək, öz şəxsi qabiliyyəti ilə Azərbaycanda aparılan siyasətin dünya siyasətinə uyğunluğunu nümayiş etdirmək idi”.//Publika