Paşinyan Qarabağın həlli variantını açıqladı

Baxış sayı:
1996

Ermənistan konfliktlərin, o cümlədən Qarabağ konfliktinin həll yolunu yalnız sülhdə görür.

Muxalifet.az  axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstandan olan jurnalistlərə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bütün konfliktlər sülh yoluyla, danışıqlar vasitəsilə həll edilməlidir. Bununla bərabər, hesab edirik ki, bütün konfliktlər unikaldır. Oxşar konfliktlər yoxdur”, – deyə o bildirib.

O, konfliktlərin həllində güc tətbiqinin qəbuledilməz olduğunu və bunun Qarabağ konfliktində də dəstəkləndiyini deyib.