​Paşinyan Qarabağdan və KTMT-dən danışdı

Baxış sayı:
6079

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müdafiə Nazirliyinin “Zinuj” proqramına eksklüziv müsahibə verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə baş nazirin mətbuat katibi Arman Yeqoyan “Facebook” səhifəsində məlumat verib.
Qeyd olunur ki, müsahibə zamanı Paşinyan Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti və maddi-texniki təchizatı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mümkün mexanizmləri, Rusiya ilə əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti barədə danışıb.
Baş nazir bildirib ki, Rusiya ilə münasibətlər Ermənistan üçün xüsusi və mühüm əhəmiyyətə malikdir. Paşinyanın müsahibəsinin tam versiyası hələ yayımlanmayıb.