​Paşinyan qalmaq üçün gedir

Baxış sayı:
4117

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da axşam istefa vermək niyyətindədir. Məqsəd növbədənkənar parlament seçkilərinin keçirilməsini yaxınlaşdırmaqdır. "Biz baharda başladığımız "məxməri inqilab"ı sona çatdırmalıyıq. Bu gün axşam daha konkret bəyanatla çıxış edəcəyəm", - N.Paşinyan hökumətin iclasında bildirib. Keçmiş hakim Respublika Partiyasının timsalında parlament müxalifəti ilkin olaraq növbədənkənar seçkilərin keçirilməsini sabotaj edirdi. Lakin sonradan Paşinyan Çiçəklənən Ermənistan Partiyasından olan deputatları öz tərəfinə çəkə bildi. Həmçinin Daşnaksütyun Partiyası bildirib ki, onlar hökumətin hərəkətini sabotaj etməyəcəklər və Paşinyanın yenidən seçilməsinə mane olmayacaqlar. Əgər plan baş tutarsa, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-10-da keçiriləcək.