“Paşinyan özünü bədbəxt edəcəkdi” – Rusiyalı politoloqdan ŞOK açıqlama

Baxış sayı:
2761

Ermənistanın yeni Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu həbs etməklə özünü təsdiq etməyə çalışırdı.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı politoloq Ruslan Puxov deyib.
Puxov erməni baş nazirin özünü Rusiya qarşısında müstəqil dövlətin başçısı kimi göstərməyə cəhd etdiyini bildirib:
“Paşinyan hesab edir ki, belə addımlarla öz hakimiyyətini möhkəmləndirəcək və Rusiyanın İrəvana təsir imkanlarını azaldacaq. Lakin o, bununla Ermənistan daxilindəki vəziyyəti sarsıtdı. Əgər o, Xaçaturovu həbs etsəydi, bədbəxt olacaqdı”.
Politoloqun qənaətinə görə, əgər Ermənistan baş nazirinin Xaçaturovla bağlı iddiası varsa, bunu Rusiya tərəfi ilə razılaşdırmalıdır: “Rusiya Xaçaturov məsələsi ilə bağlı bir qədər səssiz dayandı. Lakin Paşinyan öz mövqeyindən geri çəkilmədi və Rusiya ilə qarşıdurma yarada biləcək qərarlar verdi. Çünki onun siyasi təcrübəsi yoxdur və ağlına gələn bütün addımları atır. Buna görə də, Rusiya təəccüblənirdi ki, Paşinyan nə edir. Axırda ona başa saldılar ki, belə qərarlarla yalnız özünə zərər verə bilər”.
Qeyd edək ki, Yuri Xaçaturov İrəvanda keçirilmiş mitinqlərdə iştirak edən insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir. O bu ittiham əsasında ev həbsinə məhkum edilsə də, Rusiya tərəfindin sərt reaksiyasından sonra sərbəst buraxılıb.