Paşinyan ordumuzla təmas xəttinə gəldi və... - CƏBHƏ TƏXRİBATI

Baxış sayı:
4480

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və Ermənistan baş nazir əvəzi Nikol Paşinyan dünən erməni qoşunlarının Azərbaycan ordusuyla təmas xəttinə gəliblər.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, həm Saakyan, həm də Paşinyan burada erməni hərbçilərinin fəaliyyəti ilə tanış olublar. Onları qondarma qurumun “müdafiə naziri” Levon Mnatsakanyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan müşayiət edib.
Paşinyan əsgərlərlə çəkdirdiyi şelfini Feysbuk səhifəsində “Bizim adımız Ermənistan ordusudur” statusu ilə paylaşıb.