​Paşinyan onu ifşa edənləri həbs etdirdi - VİDEO

Baxış sayı:
11845

Bu gün səhər saatlarında Ermənistan polisi baş nazir Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasətdən narazı olan, onun “məxməri inqilab” zamanı verdiyi vədlərin yalan olduğunu və hələ də yerinə yetirilmədiyini bəyan edən #SaxtaNikol (#SutNikol) hərəkatının 8 üzvünü və canlı efir operatorunu həbs ediblər.
“Antifake.am” xəbər verir ki, həbs edilənlər küçələrdə #SaxtaNikol graffitləri çəkərək etiraz aksiyası keçirən zaman həbs ediliblər. Polis məntəqəsinə aparılan hərəkat üzvləri aksiyaları barədə izahat verməkdən imtna ediblər. 
Qeyd edək ki, Paşinyana qarşı başladılan #SaxtaNikol hərəkatının üzvləri əsasən erməni gənclərdən ibarətdir. Onlar küçələrdə #SaxtaNikol graffitləri çəkir və özlərinin internet yayım kanalında Ermənistan baş nazirinin yalanlarını üzə çıxarmaqla məşğuldurlar./Azvision