​Paşinyan ölkədən qanunsuz çıxarılan kapitalı GERİ QAYTARIR

Baxış sayı:
709

Ermənistanın ilk baş naziri Ararat Mirzoyan bildirib ki, Stolen Asset Recovery Initiative-dən (Qurum BMT-nin iştirakı ilə yaradılıb) ölkədən oğurlanmış və xaricə aparılmış əmlakın identifikasiyası və qaytarılmasında yardım almaq üçün Dünya Bankının rəhbərliyinə müraciət edib.
Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə Ermənistan hökumətinin dünənki iclasında bildirilib.
Belə ki, Joqovurd qəzeti bildirir ki, Ermənistanın bir sıra keçmiş dövlət məmurlarının xarici banklardakı hesablarına həbs qoyulub. Bundan başqa, bir sıra səfirliklər bu məmurları öz "qara siyahılarına" salıb - onlara viza verilməyəcək ki, ədalətli mühakimədən qaça bilməsinlər, deyə Lragir yazır.
Digər mənbələrin məlumatına görə, Ermənistanın yeni hakimiyyətinin əsas maraq obyekti sabiq prezident Robert Koçaryana və digər sabiq prezident Serj Sarkisyanın ailəsinə məxus olan vəsaitdir. Elə həmin mənbələrin məlumatına görə, Koçaryanın kapitalı Cənubi Afrika Respublikasına və Hindistaya yatırılıb.
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, onları "silkələsələr" ölkəyə milyardlarla dollar qaytarmaq olar.