Paşinyan: Nu poqadi, Serjik - VİDEO

Baxış sayı:
5680

Davitaşendə “Mənim addımım” alyansının mitinqində Ermənistanın baş naziri Nikol Paşinyan da çıxış edib.

Baş nazir MTX direktoru ilə Xüsusi İstintaq Xidmətinin rəisi arasında telefon söhbətinin audioyazısının yayımlanmasına münasibət bildirərək deyib: “Bu təxribatdır, bu Ermənistan dövlətçiliyinə qarşı cinayətdir, mən bu təxribatın təşkilatçılarını aşkar edərək ən ciddi məsuliyyətə cəlb edilmələrini tapşırmışam.

Mən hamını – oliqarxları, cangüdənləri tərksilah etməyi tapşırıram.

Cənab Vanetsyan və Osipyan, iki saatdan sonra görülmüş iş barədə ifadələrinizi eşitmək istəyirəm.

Robert Köçəryan və Serj Sarkisyan, siz erməni xalqına qarşı çıxmağa qərar verdiniz, bir dayanın!/virtualaz.org