"Paşinyan meymunluq edir, ona yerini göstərmək lazımdır" - Aqil Abbas

Baxış sayı:
9709

"Nikol Paşinyan meymunluq edir, insanlarımızın əsəbləri ilə oynayır. Ona konkret yerini göstərmək lazımdır". 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. 
Deputat deyib ki, əslində Paşinyan bu cür addımları ilə özünü pis vəziyyətdə qoyur:
"Çünki biz sübut etmişik ki, Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır, ancaq bunu pozan işğalçı Ermənistandır. Heç kəs narahat olmasın, Paşinyan bu addımlarına görə layiqli cavabını alacaq. Müharibəyə gözəl deməzlər, amma gözəl bir müharibə olacaq. Ona görə ki, ədalətli müharibə gözəldir. Ədalətli müharibə olacaq və Azərbaycan işğalçıları yerində oturdacaq".
A.Abbas Nikol Paşinyanın bu cür bəyanatlarına "yumşaq" reaksiya verdiyinə görə Azərbaycanın Xarici İşlər Nazirliyini də qınayıb:
"Paşinyanın cavabını başqa cür vermək lazımdır. Bizim Xarici İşlər Nazirliyi elə bəyanat verir ki, onu oxuyanda mənim gülməyim gəlir. Bu cür bəyanat vermək olmaz. Bəyanatı BMT-yə, ATƏT-ə vermək lazımdır ki, axı siz nə qələt edirsiniz! Axı BMT, ATƏT hara baxır ki, Paşinyan bu cür addımlar atır? Bu beynəlxalq təşkilatlar Paşinyanın hərəkətlərinə münasibət bildirməlidir. Yoxsa ki, bizim Xarici İşlər Nazirliyinin Ermənistana verdiyi bəyanat kimə laızmdır? Təbii ki, Ermənistan tərəfi də deyəcək ki, yaxşı edirəm!".