"Paşinyan “metallom” qaçaqmalçılığından milyonlar qazanıb" - KEÇMİŞ PREZİDENTİN KÜRƏKƏNİNDƏN YENİ İTTİHAMLAR

Baxış sayı:
1510

Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyanı və həyat yoldaşı Anna Hakobyanı 50 min ton metal qırıntısının qanunsuz ixracında günahlandırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, "Yalana son!" video seriyasından olan növbəti videoçarxda bildirib.

M.Minasyan qeyd edib ki, səlahiyyətlilər xaricə metal ixracını, sərmayənin cəlb edilməsini və iş yerlərinin yaradılmasını nəzərdə tutan “Bir addım at - layihə” şirkəti vasitəsi ilə təşkil ediblər. Onun sözlərinə görə, 2014-cü ildə Ermənistandan 200 ton, 2015-ci ildə sıfır ton, 2016-cı ildə 283 ton, 2017-ci ildə 287 ton metal tullantısı ixrac edilib, lakin 2018-ci ildən etibarən ixracın həcmi kəskin şəkildə artıb və iki ildə 50 min ton metal ixrac olunub.

M.Minasyan deyib ki, hər ton üçün ixracatçı 80 min dram (təxminən 200 ABŞ dolları) məbləğində dövlət rüsumu ödəməlidir, lakin qırıntılar ixrac şirkətinə məxsus müəssisənin sənaye tullantılarıdırsa, bu halda rüsum tutulmur. Eyni zamanda, M.Minasyanın sözlərinə görə, Paşinyan və həyat yoldaşı Anna Hakobyan, hansılar ki, gömrük orqanlarının işinə birbaşa nəzarət edirlər, büdcəyə 4 milyard dram (8 milyon dollar) ödəməyiblər.

"Onlar Rusiyaya 7000 ton metal ixrac ediblər. Və bunu elə bir şəkildə təqdim ediblər ki, guya onu Ermənistanın Kotayk bölgəsindəki istehsal ilə məşğul olan dörd fərdi sahibkardan alıblar və bu onların tullantılarıdır. Ermənistan Ticarət Palatası da müvafiq sənədlər təqdim edib. Anlayırsınız ki, bu artıq mafiyadır?!" – Minasyan vurğulayıb.

Üçüncü prezidentin kürəkəni bütün ittihamlarının mövcud və asanlıqla araşdırıla bilən sənədlərə söykəndiyini də bildirib. Əlavə edib ki, baş nazir, bu sxemlə tanış deyilsə, ittihamlarını rədd etmək və ya günahkarları tapıb mühakimə etmək üçün cəmi bir həftə kifayət edər.