"Paşinyan Əliyevin yanında heç də yaxşı görünmürdü" - RUSİYA MEDİASI

Baxış sayı:
288

“Kommersant” qəzeti MDB Dövlət Başçıları Şurasının iclasından bəhs edən reportajında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına cavab verən Ermənistan baş nazirinin gülünc vəziyyətə düşdüyünü yazır.

Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, qəzet Azərbaycan Prezidenti İlham Əliyevin Yerevanda Njdeyə heykəl qoyulması barədə söylədiklərinə Paşinyanın “səfeh cavabı”nı şərh edərək yazır: “Paşinyan cuşa gələrək Njdeni müdafiə etməyə başladı. Ancaq çox nahaq. Njdenin nasist Almaniyası ilə əməkdaşlıq etməsi barədə mübahisə etmək mənasızdır. İlham Əliyev gözlədiyindən artığına nail oldu. Bir masa arxasında oturanlar qarşısında həm Njdeni müdafiə edən, həm də Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin 75 iliyinin təmtəraqla qeyd olunması barədə danışan Ermənistan baş naziri, yumşaq desək, heç də yaxşı görünmürdü”.