Paşinyan kəndlilərin ayağının altında qoyun kəsməsinə imkan vermədi...-FOTO

Baxış sayı:
11704

İşğalçı ölkənin baş naziri N.Paşinyan növbəti “gözütoxluq, təvazökarlıq” səhnəsi ilə diqqət mərkəzinə gəlməyə çalışıb. Muxalifet.az Moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, dünən - sentyabrın 1-də dərs ilinin başlanmasıyla bağlı Qexarkunik mərzinin Vahan kəndinə səfər edən erməni hökumət başçısı kənd sakinlərinin onun ayağının altında qoyun kəsməsinə imkan verməyib. “Bir az öncə Vahan kəndində mən bu qoyunu “əfv” etdim” - Paşinyan öz “Facebook” səhifəsində belə yazıb.