Paşinyan keçmiş baş naziri də həbs etdirir: İttiham irəli sürüldü

Baxış sayı:
2713

Ermənistan Xüsusi İstintaq Xidməti Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı ittiham irəli sürüb.
 
Bu barədə məlumatı Abramyan öz Feysbuk səhifəsində paylaşıb. O, dəqiq nə də ittiham olunduğunu açıqlamayıb:
“Sentyabrın 4-də məni Xüsusi İstintaq Xidmətinə şahid kimi çağırıb, yalançı bir iş üzrə ittiham irəli sürdülər. Məndən ölkəni tərk etməməyim haqqında iltizam aldılar. Mənə qarşı ittiham mətbuatda hökuməti tənqid edən müsahibə verdikdən sonra irəli sürüldü. Yeri hakimiyyətin təşəbbüsüylə insana qarşı gerçəkləşdirilən ov yaxşı heç nəyə səbəb olmayacaq”.