​Paşinyan istefa verməmək üçün ölkə konstitusiyasını dəyişdirmək istəyir

Baxış sayı:
436

Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərindən qabaq hökumətin başında qalmaq üçün ölkə konstitusiyasını dəyişdirməyi planlaşdırır.
Muxalifet.az yerli mətbuata istinadən xəbər verir ki, o, bunu Yerevandakı mitinqdə elan edib:
 
"Ermənistanda erkən seçkilər keçirilməlidir. Hazırkı konstitusiyaya görə mən istefa verməliyəm, parlament buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir."
Onun sözlərinə görə, belə bir vəziyyətdə bəzi qüvvələr bu cür düşünməyə başladılar:
"O, istefa verəcək, biz isə gizli şəkildə baş nazir seçəcəyik. Bu insanlar Ermənistanda baş verən hadisələri başa düşməməyə davam edirlər və sırf buna görə də konstitusiyaya dəyişikliklər edəcəyik".
 
O, növbədənkənar parlament seçkilərinin hazırkı baş nazirin istefası şərti olmadan keçirilə biləcəyini izah edib.
 
Nikol Paşinyanı respublikanın baş naziri vəzifəsinə təyin etmək haqqında sərəncam 8 may tarixində dövlət başçısı tərəfindən imzalanıb. Həmin gün ölkə parlamenti ikinci cəhddə Paşinyanı hökumət başçısı seçib. Onun namizədliyi üçün 59 millət vəkili səs verib, 42-si isə bunun əleyhinə olub. Yeni seçkilər üçün isə ən azı 53 səs lazımdır.
 
Ermənistan Konstitusiyasındakı yeni dəyişikliyə görə, baş nazir ölkədə bütün səlahiyyətləri öz əlində cəmləyəcək.