Paşinyan iranlı generalın ölümü ilə bağlı Trampı təbrik edib? - ERMƏNİ BAŞ NAZİRDƏN TƏZADLI AÇIQLAMA / Video

Baxış sayı:
4759

Ermənistanın baş naziri Nikol Paşinyanın iranlı general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsi barədə yayılan məlumatlar işğalçı ölkədə skandal yaradıb. 

Demokrat.az erməni mediasına istinadən xəbər verir ki, sözügedən məlumat yayılandan kimi İran rəhbərliyinin ciddi etirazını səbəb olub. 

Nəticədə Nikol Paşinyan İranla vəziyyətin gərginləşməsindən qorxaraq, geri addım atmağa məcbur olub.

 Image result for Բացահայտվել է ՀՀ անվտանգության շահերին վնաս հասցնող կեղծ լուրեր հրապարակող և տարածող օգտատեր

Ermənistan rəhbərliyi bu dəfə də riyakar siyasət yürüdərək, qonşu İran dövləti ilə ikitərəfli münasibətlərdə guya səmimi və etibarlı dost olduğuna inandırmağa çalışıb. 

Hətta, Paşinyan öz məkrli siyasətini gizlətmək üçün “qurbanlıq” adam da taparaq, bu gun onu xüsusi əməliyyatla həbs etdirib, əməliyyatın görüntülərini isə mediada da yaydırıb. 

Ermənistan hakimiyyətinin bu gün axşam nümayiş etdirdiyi həmin videogörüntülərdə iddia olunur ki, Paşinyanın adından Donald Trampa ünvanlanan təbrik müraciətinin sosial şəbəkələrdə yayılması hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın tapşırığı ilə təşkil olunub. 

Ermənistanın dövlət televiziyasında yayımlanan həmin görüntüləri təqdim edirik: