​Paşinyan İranla sərhədi bağlayır – SENSASİYALI PLANIN ÜSTÜ AÇILDI

Baxış sayı:
3709

ABŞ-İran hərbi qarşıdurması vəziyyətində Nikol Paşinyanın Ermənistan-İran sərhədlərini bağlamaq niyyəti ölkəmiz üçün böyük fəlakətlərə yol açacaq.
Muxalifet.az teleqraf.com-a istinaden xəbər verir ki, bunu Ermənistan parlamentinin beynəlxalq münasibətlər Komitəsinin sədri, hakim Respublika Partiyasından olan deputat Armen Aşotyan deyib.
Aşotyan Paşinyanın bununla bağlı dolayı yolla səsləndirdiyi fikirlərə etiraz edib:
“Ermənistan-İran sərhədi həmişə açıqdır. 1990-cı illəri xatırlayın. Bbu sərhədlər Ermənistan üçün çox əhəmiyyətlidir. Buna görə də ABŞ və digər xarici ölkələrin Ermənistanın daxili işlərinə qarışması yolverilməzdir. Əgər Paşinyanın səsləndirdiyi fikirlər İran və ABŞ arasında mümkün hərbi münaqişəyə əsaslanırsa, sərhədin bağlanması bizi xilas etməyəcək, bu, bütün bölgə üçün fəlakət demək olacaq”.
Armen Aşotyan hesab edir ki, bu addımın ölkə üçün hansı dağıntılara yol açacağını gözardı edən Ermənistan hökuməti, müharibə vəziyyətində Ermənistan-İran sərhədlərinin bağlamaq ssenariləri üzərinə müzakirələr aparır.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan geosiyasi risklərdən danışarkən, İran-ABŞ qarşıdurması vəziyyətində Ermənistan-İran sərhədlərinin istənilən anda bağlana biləcəyini deyib.