Paşinyan "inqilab yoldaşı"nı Təhlükəsizlik Şurasının sədri təyin etdi

Baxış sayı:
7427

Erməni politoloq, Nikol Paşinyanın müdafiəçisi Armen Qriqoryan Ermənistan Milli Təhlükəsizlik Şurasına rəhbər gətirilib.
 
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Qriqoryanın özü “İnterfaks”a açıqlamasında deyib. Hələlik təyinatla bağlı Ermənistan prezidentinin sərəncamı yayılmayıb.
Qeyd edək ki, Qriqoryan İrəvandakı son hadisələr zamanı Paşinyanın yanında çox aktiv şəkildə hökumətə qarşı çıxış etmişdi.