“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”

Baxış sayı:
592

“Ermənistan baş naziri çox böyük səhv edir...”

“Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ- Ermənistandır, vəssəlam” ifadəsi ilə yəqin, demək istəyib ki, mən sizin əsas rəhbəriniz və  patronunuzam...» 
Moderator.az-a erməni mənbələrindən Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin “qəhrəman”ı,  rejim “təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyanın oktyabrın 15-də Xankəndidə keçirdiyi və Yerevanda ajiotaja səbəb olmuş mətbuat konfransının daha diqqətəlayiq təfərrüatları məlum olub. 
"Nikol Paşinyan çox böyük səhv edir. Bu, siyasətdə norma deyil,  bu, çox təhlükəlidir. O,  bunu qəsdən etdi" –deyə V. Balasanyan bildirib. 
Separatçı “qəhrəman” təkid edir ki,  Dağlıq Qarabağ danışıqlar masasına qayıtmalıdır. 
"Ancaq Paşinyanın seçdiyi mesaj da təsadüfi deyil. Əminəm ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəlib ki, bu bəyanatı versin və Dağlıq Qarabağ danışıqlar prosesinə qayıtmasın" - V. Balasanyan  belə deyib. 
Üzdəniraq “qəhrəman” qeyd edib ki, o, vaxt verir,  çağırır, xahiş edir ki, Ermənistanın yüksək siyasi rəhbərliyi qərar qəbul etsin, otursun və yenidən danışıqların başlanacağı nöqtəni “Artsax” rəhbərliyi ilə müzakirə etsin...
P.S. Deyilənlər bir daha sübut edir ki, düşmən güclərin manipulyasiyaları, başqatmalarıyla vaxt keçirmək olmaz. Mövcud başqatma mexanizmini xalqın birliyindən yaranacaq hərbi-siyasi zor gücünə dağıtmaq lazımdır...