Paşinyan hökuməti müvəqqətidir - onlar gəldiyi kimi də gedəcək

Baxış sayı:
693

Paşinyan hakimiyyəti müvəqqətidir: onlar çox tezliklə, elə gəldikləri kimi qəfildən gedəcəklər.
Muxalifet.az xəbər verir ki, bu haqda Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan facebook səhifəsində yazıb.
O, xüsusilə bu məsələyə toxunub: “Nəyə görə bu hakimiyyətin müvəqqəti olduğu haqda ümumi rəy var? Cavab belədir: insanlar hiss edirlər ki, ölkəni belə fərasətsiz şəkildə idarə etmək uzun sürməyəcək. Bəs bu nə qədər vaxt çəkəcək? Mənim fikrimə görə az qalıb.
Bunu ilk növbədə onların özləri – “Mənim addımım” blokunun nümayəndələri anlayır və bilirlər. Buna görə həyatdan zövq alır, səs-küylü bəyanatlar səsləndirir, qorxularını gizlətməyə çalışır və avaralıq edirlər. Amma onlardan bəziləri nələrsə edir: gəlirli sahələrə rəhbərlik edənlərin sırasından bu aylar ərzində, əgər “aradan çıxmaq” lazım olduğu təqdirdə xarici ölkələrdə “başları üzərində dam” axtarışındadırlar. Bəziləri isə “gəlir gətirən sahələrə” əli çatmırsa gələcəkdə hakimiyyətdə təmsil olunmaq üçün potensial namizədlərlə danışıqlar aparır.
Paşinyan rejimi özünü “müvəqqəti istifadəçi” psixologiyası ölkəni istila edən “işğalçı” və ya ”icarəçi” qismində aparır. “Mənim addımım” blokundan olan populistlər ürəklərində bilirlər ki, onların sonuna az qalıb, buna görə öz atdıqları addımların hansı nəticələrə gətirib çıxaracağını hesablamaq üçün vaxta ehtiyacları var. Başa düşürlər ki, istənilən an onların hakimiyətinə son qoyula bilər.
Bu dəyişkən şəraitdə yeganə sabit şey – hamının hamıya qarşı yaranan nifrətidir. Cavab kimi hökumət cəmiyyətdən hər gün daha çox artan sürətlə ictimai və qarşılıqlı nifrət alır.
Rejimin “1 nomrəli” simptomu – onun nümayəndələri ölkənin ağrılı məsələlərində heç bir qərar qəbul edə bilmir, sadəcə bu problemlərdən istifadə edib, vaxt “qazanaraq öz ömrünü uzadırlar”. Nəticədə hökumət heç bir islahat apara bilmədi, bütün istiqamətlərdə vəziyyəti pisləşdirdi, absurd, uzun müddətli perspektivdə -  təhlükəli qərarlar və qanunlar qəbul etdi. Bu qanunların və qərarların taleyinin nə olacağı növbəti hökumətdən asılıdır.

P.S. Bu rejim tezliklə kabinet üzvlərinin hamısının və hər bir nümayəndəsinin peşəkarlıqla törətdiyi qanunsuz və səviyyəsiz addımlarından ibarət arxivini qoyub gedəcək. Bunu isə təəssüf ki, düzəltmək olmayacaq. Heç nəyi gizlətmək mümkün olmayacaq.
Muxalifet.az