​Paşinyan geri çəkildi: Abramyana qarşı ittihamlar ləğv edilir

Baxış sayı:
1933

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın ailəsinə məxsus ərazidən aşkar edilən silahların 1 mart qırğınlarına heç bir aiddiyyəti yoxdur.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib. O, bununla bağlı ekspertizanın artıq bitdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Ovik Abramyanın qardaşının mülklərində aparılan axtarış zamanı silah-sursat aşkar edilib. Ermənistan hökuməti o zaman yaydığı açıqlamada bu silahın 1 mart qırğınlarında istifadə edilməsinin mümkünlüyünü iddia etmişdi.