“Paşinyan dəyişikliklər üçün barmağını da tərpətməyib” – KEÇMİŞ BAŞ NAZİR

Baxış sayı:
5862

“Yeni hakimiyyətin iqtisadi siyasəti yenə də oliqarxların bazasında  formalaşıb. İstehlaka əsaslanan bu model həmişə oliqarxik sistem tələb edir”.

Muxalifet.az xəbər verir ki, bu barədə yerkir.am saytına müsahibədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirib.
Hökumətin 2020-ci il üçün büdcə layihəsi üzrə iqtisadi artımın 4,9 faiz təşkil edəcəyi ilə bağlı proqnozunu şərh edən Baqratyan deyib: "Mənə gələn məlumata görə, bu büdcə layihəsi hələ hökumətdədir və parlamentə göndərilməyib. Çünki bu gün biz 4,9 % müzakirə edəcəyik, sabah biz deyəcəyik - ey, savadsızlar, 4,9 deyil, 9,9%. Bəli, hökumət 4, 9% artım olacağının  göstərildiyi layihəni müzakirə edir, lakin təkrar edirəm ki, sənəd müzakirə prosesindədir.
Buna baxmayaraq, avqustun 5-də Nikol Paşinyandan  "Xankəndi" meydanında 4.9 % artımın necə baş verəcəyi, 2050-ci ildə ÜDM-in 15 dəfə artacağını və bunun necə baş verəcəyini soruşduqda, onların komandasından “ildə 10%-in hesabına” deyə cavab verdilər. Artıq üçüncü ildir ki, bizdə iqtisadi artım  5%" ətrafında fırlanır”.
Baqratyan qeyd edib ki, investisiya modelinə keçid etmək lazımdır: "Nikol Paşinyan hakimiyyətə gələrək, dəyişiklik etmək üçün barmağını da tərpətməyib. O, bunu dəyişdirməyin lazım olduğunu anlamır. Onların heç bir komandası yoxdur və əgər varsa, bu komandada heç bir fikir yoxdur, heç bir intellekt yoxdur".
Nikol Paşinyanın Ermənistanda keçirilən İT Forumunda Ermənistanın kreativ insan üçün cənnət olmalı olduğu barədə bəyanatını şərh edən Baqratyan vurğulayıb ki, Ermənistanda İnformasiya Texnologiyalarının inkişafı iqtisadiyyat üçün əsas ola bilməz: “Çünki bizdə informasiya texnologiyalarının əsaslı nkişafı yoxdur”.
Qrant Baqratyanın sözlərinə görə, keçmiş prezident Serj Sarkisyanın dövründə olduğu kimi, indi də iqtisadiyyat inkişaf etməyib, əvvəlki illə indikinin heç bir fərqi yoxdur.
Yük daşımalarının göstəricisinin 54 % azalacağına dair bəyanata gəlincə, iqtisadçı qeyd edib ki, bu, iqtisadi artımın blef olduğunu göstərir: "Təsəvvür edirsinizmi ki, iki dəfə az yük daşınıb, amma İqtisadiyyat 7 % artıb?! Dəmir yolu, nəqliyyat şirkətləri bir çox yüklərin daşındığını bildirdilər. İndi onlardan soruşmalıdırlar ki, bu qədər az yük daşınıbsa, ÜDM necə artıb, amma onlara bu sualı vermirlər".

Muxalifet.az