Paşinyan büdcə kəsirini qapatmaq üçün kredit axtarır

Baxış sayı:
415

Ermənistanın maliyyə naziri Armen Ayrapetyan Milli Məclisin iclasında büdcə kəsirinin qapatmaq üçün 152 milyon dollar kredit almağın zəruruliyini bildirib. Muxalifet.az bu barədə "armenianreport"-a iatinadla xəbər verir. O, qeyd edib ki, parlamentin müzakirəsinə təqdim olunan 152 milyon dollar məbləğində kredit sazişləri cari büdcə kəsirini ödəməyə imkan verəcək. Eyni zamanda, o, bu müqaviləni imzaladıqda belə, bu vəsaitin Ermənistan hökumətinə tam verilməsinin iki həftə çəkəcəyini söylədi. O, millət vəkillərini bu kreditləri ən qısa müddətdə xarici kreditorlardan almaq üçün mümkün olan hər şeyi etməyə çalışacaqlarına inandırdı. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətçi olduğu zaman hakimiyyət xarici kreditlərin alınmasına qəti şəkildə qarşı çıxmışdı. Muxalifet.az