​"Paşinyan bizim torpaqlarımıza gələrsə, onu vurmaq lazımdır..." - Hafiz Hacıyev

Baxış sayı:
3050

“Erməni xalqı artıq başa düşür ki, Paşinyanın bu populist vədləri onlar üçün bir fəlakətdir...”
Xəbər verdiyimiz kimi Ermənistanda təqaüdçülər də hökumətdən narazıdırlar. Yerevanda aksiya keçirən təqaüdçülər diqqətdən kənarda qaldırlarını deyirlər. Onlar bildiriblər ki, Paşinyan hakimiyyətə gələndə 100 min iş yerinin açılacağını vəd versə də bunların heç biri yerinə yetirilmədi və hələ də 50 min insan işsizdir. 

Ermənistanda yaranan son durumu şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında deyib ki, erməni cəmiyyəti Paşinyanın onları aldatdığını artıq dərk edir və buna görə ölkə daxilində narazılıqlar artan templə davam edəcək:
“Ermənistan elə bir səviyyəyə gəlib çatıb ki, Paşinyanın ölkə daxilində nüfuzdan düşməsi prosesi çox sürətlə davam edir və verdiyi vədlərin heç biri də yerinə yetirilmir. Paşinyan “quyruğu” qapı arasında qalan kimi yiyəsiz Azərbaycan torpaqlarına gəlir və bizim torpaqlarda etdiyi çıxışlarıyla erməni xalqını sakitləşdirməyə çalışır. Erməni xalqı isə artıq başa düşür ki, Paşinyanın bu populist vədləri onlar üçün bir fəlakətdir. 
Onun Xankəndinə gəlib Qarabağ Ermənistandır, vəssalam"  deməsi erməni xalqının özündə də narahatçılıq yaradır. Bunu biz qulaqardına vurmamalıyıq. Bu gün Ermənistan təklənmiş bir vəziyyətdədir. Söz yox ki, onların diasporları xaricdə işlər görürlər, amma Paşinyanın özü Ermənistanın daxilində idarəetməni demək olar ki, itirib. Düşünürəm ki, növbəti dəfə Paşinyan bizim torpaqlarımıza gələrsə, onu vurmaq lazımdır ki, erməni xalqının da canı ondan qurtulsun. Belə olduğu halda Paşinyanın Ermənistanda süni fon yaratması ortaya çıxacaq. Düşünürəm ki, Azərbaycan sərhədlərini bu separatçılardan qorumaqdan ötrü ciddi hərəkətə keçməlidir və onda biz görəcəyik ki, Yerevanda Paşinyanın istefası tələbi daha da kəskinləşəcək”.