Paşinyan baş diplomatını Azərbaycana göndərdi

Baxış sayı:
5731

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Mnasakanyan Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Ermənistan mediası görüşdə münaqişənin həlli məsələsinin müzakirə edildiyini yazır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın danışıqlar prosesində iştirakını istəyir. Ekspertlər Paşuinyanın bu davranışının danışıqların pozulmasına hesablandığnı deyirlər. Ehtimallara görə, Mnasakanyan Saakyan Xankəndindəki görüşü də danışıqlar prosesinin pozulması üçün atılacaq addımların müzakirəsinə hesablanıb.