Paşinyan Bakıya nümayəndə heyəti göndərir

Baxış sayı:
6769

Ermənistan hökumətinin nümayəndə heyəti Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASECA) 14-cü illik iclasında iştirak etmək üçün Bakıya gələcək.
İclas strukturun 20 illiyinə həsr edilib.
Ermənistan baş naziri Nikol Paşinyanın qərarı ilə Bakıya ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, həmin nazirliyin avtomobil nəqliyyatı departamentinin şöbə rəisi Arman Karapetyan və XİN-in əməkdaşı Artyom Aznauryandan ibarət nümayəndə heyəti göndərilir.
TRASECA Avropa Komissiyası tərəfindən 1993-cü ildə təklif olunub. 2000-ci ildə hökumətlərarası komissiya yaradılıb.
Muxalifet.az