​Paşinyan Bakıya görə Suriyaya əsgər göndərdi - ŞOK DETAL

Baxış sayı:
9649

Ermənistanın Suriyaya humanitar missiya göndərməsinin detalları bəlli olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Fakt” qəzeti yayıb. Məlumata görə, Paşinyan bu addımı Rusiyanı razı salmaq və Azərbaycanın KTMT-yə üzvlüyünün qarşısını almaq üçün atıb:
“Mənbəmiz deyir ki, Paşinyanın baş nazir seçilməsindən sonra bu məsələni onun qarşısında Rusiya Prezidenti Vladimir Putin Moskvada qaldırıb. Putin bununla eyham vurub ki, o, Azərbaycanı KTMT-də görməyə qarşı deyil və alternativ variant kimi Suriyada aktivlik göstərilməsini təklif edib”.